Milli komandamız bu gün növbəti yoxlama oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Antalyada Makedoniya millisi ilə qüvvəsini sınayacaq.
Balkanlarla indiyədək 6 dəfə qarşılaşan yığmamız qələbə qazana bilməyib – 5 məğlubiyyət, 1 heç-heçə.
“Mardan” stadionunda keçiriləcək görüşdə videotəkrar sistemindən istifadə olunacaq ki, bu da millimiz üçün bir ilkdir.
Qeyd edək ki, yığmamız 2018-ci ildə ilk sınaq matçında Moldova ilə qolsuz heç-heçə edib. İkinci görüşdə Belarusla qarşılaşan komandamız 0:1 hesabı ilə uduzub.
27 mart
Yoldaşlıq görüşü
20:00. Azərbaycan – Makedoniya - 1:1
Qol: Riçard Almeyda,6-pen.(1-0), Traykovski, 22-pen. (1:1)
Baş hakim: Halis Özkahya
Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık (hamısı Türkiyə)
Antalya. “Mardan” stadionu