Millimizə son dəqiqə şoku Yenilənib

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi yığmamız səfərdə İrlandiya ilə qarşılaşıb.

Qeyd edək ki, bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu idi. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzub. 

Bu dəfə Sadıqovun başçılıq etdiyi yığma səfərdə xal qazanmağa yaxın olsa da, 90+9-cu dəqiqədə vurulan qol millimizin məğlubiyyətinə səbəb olub. 

 


27 mart

Avropa çempionatı 

Seçmə mərhələ

V qrup

 
İrlandiya - Azərbaycan - 1:0
Qol: 
Sveeney, 90+9
Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya)
Tallaght stadionu (Dublin)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right