“Turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunu bəhanə gətirə bilmərik. Meydana çıxmışıqsa, uduzmamalıyıq”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə U-19 millimizlə oyundan sonra Rusiya-2 komandasının baş məşqçisi Mixail Qalaktionov deyib.
Rus məşqçi Azərbaycan yığmasının layiqli qələbə qazandığını bildirib: “Komandamın istəyindən, mübarizə əzmindən razıyam. Rəqibi də unutmaq olmaz. Azərbaycan millisi topu özündə çox yaxşı saxlayır. Fiziki cəhətdən də güclüdürlər. Rəqib bizdən 1 yaş böyük olsa da, bu, məğlubiyyət üçün səbəb deyil. Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik” (futbolxeber.az).