"Kəpəz"in zədəliləri sıraya döndülər

“Kəpəz”in uzun müddət zədəli olan futbolçuları – Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalaraq komanda ilə birgə məşqlərə başlayıblar.

 

Newsport.az xəbər verir ki, zədəsi daha ağır kimi qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən tez olub. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.

 

Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidir. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right