“Bu, dörd illik işimizin bəhrəsidir”

“Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik. Buna görə də qarşılaşmadan əvvəl bir qədər narahat idik”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Rusiya-2 komandası ilə oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.

Alman məşqçi millimizin 4:2 hesabı ilə qalib gəldiyi oyundan sonra keçirilən mətbuat konfranslnda rəqib haqda da müsbət fikirlər səsləndirib: “Yaponiya ilə dünənki matçdan sonrakı yorğunluğa baxmayaraq, komandam bu gün yaxşı oyun sərgilədi. Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidir. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdu. Hər dəfə növbəti oyun haqda düşünürük”. ( futbolxeber.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right