Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” və “Səbail” komandaları yoxlama matçı keçiriblər.
Newsport.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan görüşdə Ayxan Abbasovun komandası 3:1 hesablı qələbə qazanıb. “Zirə”nin heyətində Milan Duriç (15-penalti), Mirsahib Abbasov (69) və Vüsal İskəndərli (75) fərqləniblər.
“Səbail”in yeganə qoluna isə 89-cu dəqiqədə Vüqar Nadirov imza atıb.