Cüneyt Çakır millimizin oyununa təyinat aldı

Türkiyəli FİFA referisi Cüneyt Çakır millimizin oyununa təyinat alıb.

Newsport.az saytının məlumatına görə, o,  Antalyada keçiriləcək Azərbaycan - Makedoniya yoxlama oyununda  videotəkrara (VAR) baxacaq. Digər video köməkçi hakim Hüseyn Göçek olacaq.

Matçın baş hakimi Türkiyə Futbol Federasiyasından Halis Özkahya olacaq. Ona Kemal Yılmaz və Kerem Ersoy kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ali Palabıyık yerinə yetirəcək.

Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək oyun martın 27-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right