Məlumat verdiyimiz kimi, "İnter" komandası qış fasiləsində hazırlıqlarını Türkiyədə keçirəcək.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, dünən qardaş ölkənin Antalya şəhərində toplaşan komanda üzvləri bu gün səhər məşqinə çıxdılar. Əsasən isinmə hərəkətlərilə başlayan məşq prosesi müxtəlif məsafələrə qaçışla yekunlaşdı.
Qeyd edək ki, "İnter" bu gün axşam da məşq edəcək.