U-19 milli komandamızın baş məşqçisi Nikolay Adam Yaponiyanı 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda fikirlərini açıqlayıb.
Newsport.az-ın verdiyi məlumata görə, alman məşqçi qələbəyə görə çox şad olduğunu bildirib: “Ardıcıl ikinci dəfədir ki, bu turnirdə mübarizə aparırıq. Hələ ötən il buradan xoş təəssüratlarla ayrılmışdıq. Yenidən burada olduğumuz üçün şadam. O ki qaldı oyuna, komandam bu gün sona kimi mübarizə apardı. Matçın sonuna kimi vuruşduq və qələbə qazandıq. Nəticəyə görə çox şadam. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”. (Futbolxeber.az)