Yaponiya millisinin baş məşqçisi: “Azərbaycan bizi heyrətləndirdi”

Yaponiyanın U-19 millisinin baş məşqçisi Uçiyama Atsuşi millimizə 0:1 hesabı ilə uduzduqları oyun haqda danışıb.  

Newsport.az-ın verdiyi məlumata görə, yapon mütəxəssis istədiklərini oyunu göstərə bilmədiklərini bildirib: “Biz Azərbaycanla ötən il də oynamışdıq. Bu dəfə rəqib bizi heyrətləndirdi. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”. (Futbolxeber.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right