Millimizin baş məşqçisi Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov UEFA Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq komandaların oyununu izləyəcək.
Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, E.Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar və ertəsi gün İspaniyada təşkil olunacaq Farer Adaları – Lixtenşteyn qarşılaşmasına canlı baxacaq.
Xatırladaq ki, yığmamız Millətlər Liqasında Kosovo, Farer adaları və Malta ilə eyni qrupda mübarizə aparacaq.