"Xəzər Lənkəran"dan ayrılan futbolçu "Simurq"da

"Simurq"  əsas heyətə daha bir futbolçu cəlb edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Zaqatala klubu Elnur Abdullayevlə növbəti mövsümün sonuna qədər müqavilə imzalayıb. 28 yaşlı yarımmüdafiəçi "Simurq"un heyətində yeddi nömrəli forma ilə çıxış edəcək.


Qeyd edək ki, E.Abdullayevin son klubu "Xəzər Lənkəran" olub. 2010-cu ildən Lənkəran təmsilçisinin şərəfini qoruyan  təcrübəli yarımmüdafiəçi Premyer Liqada 162 matçda meydana çıxıb və 11 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right