"Sumqayıt" yeni rekorda imza atıb

“Sumqayıt” Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20-ci turun “Kəpəz”lə ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanan Samir Abasovun yetirmələri sonuncu dəfə 12-ci turda məğlub olub. 2017-ci il noyabrın 17-də “Qarabağ”la səfər matçında 0:2 hesabına üzülən “gənclik şəhəri” təmsilçisi sonrakı 8 qarşılaşmada 5 qələbə qazanıb və 3 heç-heçə edib.

Bu, klub tarixində yeni rekorddu. Belə ki, 2011-ci ildən Azərbaycan çempionatlarının yüksək dəstəsində çıxış edən “Sumqayıt”ın ən uzun məğlubiyyətsiz seriyası 7-yə bərabər idi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right