"Qriqorçuk "Qəbələ"də öz səviyyəsini göstərəcək"

"Futbol 1" kanalının eksperti Sergey Morozov Roman Qriqorçukun "Qəbələ"yə təyinatına münasibət bildirib.
 Newsport.az-ın məlumatına görə, mütəxəssis ukraynalı çalışdırıcının Azərbaycanda uğur qazanacağına inandığını açıqlayıb:
 
Bildiyim qədərilə Qriqorçukun müqaviləsi 1,5 illikdi. Şübhəsiz, o, bu müddətdə öz səviyyəsini göstərəcək. Çünki Roman kifayət qədər özünü sübut etmiş mütəxəssisdi. Hətta mən onu milli komandanın sükanı arxasına məsləhət görmüşəm. Məncə, Qriqorçuk bizim top klublarımızdan birini çalışdıra bilər. Hətta bir ara "Metallist"in ona maraq göstərdiyini xatırlayarsız. Son vaxtlar Azərbaycan futbolunun səviyyəsi artıb. Orda futbolçular kifayət qədər yaxşı oynayırlar. Mənə elə gəlir ki, Qriqorçuk orda yüksək səviyyəli məşqçi olduğunu sübut edəcək".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right