Noyer Ronaldonu qabaqladı

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) 2014-cü ilin ən yaxşılarının adlarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, sorğuda 91 ölkənin mətbuat nümayəndələri iştirak edib.

Səsvermənin nəticələrinə əsasən, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer ilin ən yaxşı kişi idmançısı seçilib. O, səslərin 14.84 faizini toplayıb. İsveçrəli tennisçi Rocer Federer ikinci (13.26 faiz), Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo isə üçüncü (12.79 faiz)  olub.

İlin ən yaxşı qadın idmançısı isə amerikalı tennisçi Serena Uilyams (21.43 faiz) seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right