Futbol ictimaiyyəti Qara Qarayevi seçdi

“Futbol+” qəzeti Azərbaycanın ən güclü futbolçusunu müəyyənlədirmək məqsədilə keçirdiyi sorğuya yekun vurub.

Newsport.az-ın məlumatına görə, sorğuda müxtəlif yaş qruplarından olan milli komandaların, klubların baş məşqçiləri, futbol mütəxəssisləri, klubların kapitanları, AFFA və PFL-in nümayəndələri və jurnalistlər iştirak ediblər.

Ümumilikdə, 162 respondentin qatıldığı sorğuda birinci yeri “Qarabağ”ın futbolçusu Qara Qarayev tutaraq 2014-cü il üçün Azərbaycanın ən yaxşı oyunçusu adına layiq görülüb. Qara 308 səs toplayıb.

Siyahıda ikinci və üçüncü yerləri də “Qarabağ”ın futbolçuları tutub: Bədavi Hüseynov 213 səslə ikinci, Rəşad Sadıqov 124 səslə üçüncü olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right