Hüseyn Cəbrayıloğlu: "Vidalaşdığımız futbolçuların heç birindən qazanc əldə etmədik" - MÜSAHİBƏ

"Xəzər Lənkəran" klubunun mətuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu newsport.az saytına müshaibə verib.

-  İki dövrə geridə qaldı. 18 turu XL adına necə dəyərləndirərdin?

Qış fasiləsinə qədər qarşıya qoyulan məqsədimizdən-çempionluqdan uzaq düşdük. Bu mənada tam olaraq razı qalmaq haqqında fikir söyləmək çətindir. Sadəcə müəyyən nüanslar var ki, o şeyləri nəzərə alanda nikbin düşünmək olur.

- Yəqin gəncləşdirmə siyasətini nəzərdə tutursan…

Mən komandamızın göstərdiyi baxımlı, gözəl futbolu, aşağı yaş qruplarında yeniyetmələrimizin uğurunu və əsas komandada bir neçə gənc futbolçunun debütünü nəzərdə tuturam

- Qış transfer dönəmində hər hansı bir ligonerin transferi gözlənilirmi?

Bu barədə yekun qərar yoxdur. Əgər belə bir qərar alınsa bunu ictimaiyyətə açıqlayacağıq.

- Yay transfer dönəmində etdiyiniz transferlərlə indi vidalaşırsız. Bu futbolçulardan nəisə qazanc əldə edə bilirsinizmi?

Vidalaşdığımız futbolçuların heç birindən qazanc əldə etmədik. Onların sonrakı karyeralarına zərbə vurmamaq üçün transfer vərəqələrini verdik.

- 2015-dən gözləntiləriniz nədi?

-Hər halda yaxşı düşünmək,optimist olmaq gərəkir. İndidən əlimizi yanımıza salıb pessimist düşüncələrə dalası deyilik. Mən gənc futbolçularımıza inanıram və ümid edirəm ki, onlar rəhbərliyin, onlara gözünü dikən azarkeşlərimizin ümidini, inamını qırmayacaqlar.


- Belə başa düşdüm ki, komandanın bu mövsüm üçün iddiası "öldü". ?

Əsla! İddiamız davam edir və təcrübəli futbolçularımızın bir çoxu komandamızda çıxışını davam etdirir. Əgər iddia qalmasaydı həmin təcrübəli futbolçularla da yolları ayırardıq.

- Ancaq bir reallıqda var ki, gənclərlə gələcəyin komandasını yığmaq olar,  amma nəticə baxımından fərqlidi məsələ…

-Belə danışaq, "Bakı" klubunun əvvəlki durumu olsaydı Nurlan Novruzov yəqin ki, legionerlərin, daha ad-sanlı futbolçuların timsalında bu qədər oynamaq şansını saxlamayacaqdı. Amma bu gün Nurlan çox rahat özünü göstərmək, sübut etmək şansı əldə etdi və hazırda bombardirdir. Demək o gənclərə də inanmaq, etimad göstərmək lazımdır.

- Komandanın qış toplanışı haqqında məlumat verərdiz,

Komandamız 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Bütün yoxlama oyunları XL TV vasitəsilə canlı yayımlanacaq. Rəqiblərin adı hələ ki, bəlli deyil. Ümumiyyətlə toplanışlar zamanı bir ay,yaxud 20 gün öncədən açıqlanan sinaqçı-rəqiblər 100-də 80 dəyişir. Biz hər dəfə bunun şahidi oluruq. Ona görə də toplanışa start verəndən sonra rəqiblərin kimliyi də məlum olacaq.

- Son olaraq, Xəzər Lənkaran azerkeşlərinə nə sözünüz var?

Yeni ildə hər birinə firavan həyat və cansağlığı arzu edirəm. Arzu edirəm bu il məhz onların ili olsun.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right