Əfqan Talıbov "Qaradağ Lökbatan"da

 

Azərbaycan birinci divizionunda mübarizə aparan "Qaradağ Lökbatan" klubunun baş məşqçi vəzifəsində dəyişiklik olub.

Newsport.az-ın məlumatına görə, komandanı bundan sonra Əfqan Talıbov çalışdıracaq. 

Ə.Talıbov artıq "Qaradağ Lökbatan" klubu ilə müqavilə imzalayıb. O, yeni iş yerində Adil Mahmudovu əvəzləyib. Bir müddətdir ki, işsiz olan Ə.Talıbov son olaraq "Turan"ı çalışdırıb.

Qeyd edək ki, "Qaradağ Lökbatan" klubu geridə qalan 15 turdan sonra 32 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right