Bu gün Məşqçilər Komitəsinin iclası baş tutub.
Newsport.az-ın məlumatına görə, iclasın əsas məsələsi klublarımızın hazırlıq planları, onların toplanışlarında komitə üzvlərinin iştirakıdır. Bu barədə AFFA-dan klubların hazırlıq planının qrafiki ilə bağlı müvafiq qrafik istənilib və komitə üzvləri də öz işlərini bu plan əsasında quracaq.
Qeyd edək ki, Məşqçilər Komitəsi 14 yanvar tarixində Antalyada olan klublarımızın təlim-məşq toplanışını izləyəcək.