Rumıniya millisinin sabiq üzvü İonut Rada karyerasını Azərbaycanda davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, bu haqda Rumıniya mətbuatı məlumat yayıb. İddiaya görə, 32 yaşlı futbolçu Çin və Azərbaycandan təklif alıb. Ancaq klubların açıqlanmayıb.
Qeyd edək ki, Rada müqavilə ilə ÇFR-ə aiddi. İcarə əsasında "Karlsrue"də çıxış edib. Hazırda isə maliyyə problemlərinə görə Kluj təmsilçisindən ayrılmaq istəyir. O, müxtəlif vaxtlarda Rumıniyanın gənclər və əsas yığmasında oynayıb