Orxan Hüseynzadənin kadrı "Neftçi"dən uzaqlaşdırıldı

"Neftçi"nin yeni rəhbərliyi klubda islahatlara başlayıb.

Newsport.az saytının məlumatına görə, iqtidarı Orxan Hüseynzadədən alan yönətim işə akademiyadan başlayıb.

İlk olaraq baş koordinator Asif Səfərov vəzifədən uzaqlaşdırılıb. 13 il AZAL-da çalışmış, mövsümün ilk yarısını «Binə»də keçirmiş mütəxəssisin lisenziyası olmadığından, fəaliyyətinə xitam verilib. Onun yenidən I Divizion klubuna – icraçı direktor postuna qayıtması gözlənilir. (sportinfo.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right