"Səbail"in 3 futbolçusu "Qəbələ" ilə oyunu buraxa bilər

Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanın "Qəbələ"ni qəbul edəcək "Səbail" oyunun hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv gündə bir dəfə "Bayıl Arena"da məşq edir. 

Lakin Bayıl təmsilçisi oyuna tam heyətlə hazırlaşa bilmir. Bir müddətdi zədəli olan Murad Ağayevlə yanaşı, Kərim Diniyevlə Ayron Stati komanda ilə birgə məşq edə bilmirlər. Ağayevin "Qəbələ"yə qarşı oynamayacağı dəqiqdirsə, Kərimlə Statinin durumu qeyri-müəyyəndir. Hər iki futbolçunun oynayıb-oynamayacağına qarşıdakı saatlarda müəyyənləşəcək. 

Qeyd edək ki, "Səbail" - "Qəbələ" oyunu fevralın 24-də keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right