"Neftçi"dən ayrılan futbolçu "Şaxtyor"da

“Neftçi” ilə yollarını ayıran Mateo Mujek artıq özünə yeni klub da tapıb.

Newsport.az saytının məlumatına görə, xorvatiyalı müdafiəçi bundan sonra karyerasını Qazaxıstanın “Şaxtyor” (Karaqanda) klubunda davam etdirəcək.
 
Xeyli müddətdi bu komandanın düşərgəsində baxışda olan futbolçu özünü yaxşı tərəfdən göstərə bilib. O, son günlərdə “Şaxtyor”un keçirdiyi yoxlama oyunlarında da meydana çıxıb.

Qeyd edək ki, Mateo Mujek ötən ilin yayından “Neftçi”də oynayırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right