"Bakı"nın gənc müdafiəçisi Vüqar Bəybalayevin komandanı tərk edəcəyi ilə bağlı xəbərlər gəzir.
Newsport.az-ın məlumatına görə , hətta müdafiəçinin yaxın günlərdə Premyer Liqa klublarından biri ilə müqavilə bağlayacağı da bildirilir. Gənc futbolçu transfer xəbəri ilə bağlı Goal.az-a açıqlama verib:
"Bir neçə klubdan təklif almışam. Ancaq mən hələ bacarığımı tam ortaya qoymadığımı düşünürəm. Mövsümün sonuna kimi daimi oynasam, daha da artıracam. Düzdü, klubda müəyyən problemlər var. Mən mövsüm bitənə qədər "Bakı"da qalıb, komandama kömək edəcəm".