Ağabala Ramazanovun dublu "Qarabağ"a qələbə qazandırdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI tura yekun vurulub.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, son oyun günündə iki görüş keçirilib.

"Kəpəz" - "Keşlə" matçında qapılara qol vurulmayıb.

Digər görüşdə "Səbail" "Qarabağ"ı qəbul edib. Oyun Ağdam təmsilçisinin 3:2 hesabl qələbəsi ilə başa çatıb. "Qarabağ"ın heyətində Ağabala Ramazanov dub edib.

“Kəpəz” - “Keşlə” - 0:0

“Səbail” - “Qarabağ”  2:3
Qollar
: Aqşin Qurbanlı, 6 (p); Asif Mirili, 37 // Ağabala Ramazanov, 11, 41; Famil Camalov, 48

18 fevral

“Sumqayıt” - “Neftçi” - 1:0

“Qəbələ” - “Zirə” - 4:0

Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Qəbələ" başçılıq edir. "Səbail" 27 xalla 2-ci, "Keşlə" 24 xalla 3-cüdür.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right