“Qarabağ”dan ayrılan Yusifov özünə iş seçdi

Uzun müddət “Qarabağ”da futbol oynadıqdan sonra karyerasını bitirən Namiq Yusifov baş məşqçi Qurban Qurbanovun köməkçisi kimi çalışırdı. Amma Qurbanov bir neçə həftə öncə onun işinə son verməyi lazım bildi. Bunu bir sıra amillərlə əlaqələdnirsələr də, əsas səbəb Namiq Yusifovun qardaşının “qara bazar”la ciddi əlaqəsinin olmasıdır.

Məhz bu səbəbdən Yusifov da “Qarabağ”dakı işini itirib.

Newsport.az saytının məlumatına görə, Yusifov bundan sonra da futbol sahəsində çalışacaq. Veteran yarımmüdafiəçi menecerliklə məşğul olacaq.

Qeyd edək ki, Yusifov Türkiyə toplanışı çərçivəsində "Qarabağ"dan göndərilib.

futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right