Son vaxtların ən çox gündəmdə olan komandası heç şübhəsiz ki, “Neftçi”dir. Komanda həm transfer məsələsi, həm Antalya toplanışındakı yoxlama oyunlarına görə tənqid olunur. Kamran Quliyevin prezident postuna gətirilməsi isə “Neftçi” barədə yazılan xəbərləri daha da çoxaldıb.
Newsport.az saytının məlumatına görə, yeni prezident “Neftçi”ni mətbuatın gündəmindən salmaq üçün ilk addımı atıb. Bizdə olan məlumata görə, məşqçilər korpusuna, eləcə də futbolçulara mətbuatla ünsiyyətə qadağa qoyulub.
Qeyd edək ki, "Neftçi" Kamran Quliyevin prezident təyin olunmasından sonra "Sumqayıt"a məğlub olub.