Azərbaycan millisinin sabiq baş məşqçisi yeni iş yerini açıqladı

19 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Təbriz Həsənovun yeni iş yeri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu barədə Həsənovun özü məlumat verib.

Veteran futbolçu bundan sonra “Vətən” Futbol Akademiyasının koordinatoru postunu tutacaq: “Vətən” Futbol akademiyasında aşağı yaş qrupları üzrə komandalar var. Burda 7 yaşından başlayaraq 16 yaşadək olan futbolçulara bu idman növünün sirrlərini öyrədirik. Artıq yeni işimin icrasına başlamışam”.

Qeyd edək ki, Təbriz Həsənov ötən ilin noyabr ayında millimizdən ayrılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right