Azərbaycan çempionatında ilk uqandalı

Azərbaycan Premyer Liqasının XVI turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, “Səbail”in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb.

“Qarabağ”la (0:1) oyunun gedişində sonradan meydana daxil olan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi. Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədi. Ötən tur bu siyahıya daha iki ölkə Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.

Qeyd edək ki, Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right