"Qarabağ" kimi təcrübəli komandaya qarşı layiqli mübarizə aparsaq da, sonda məğlub olduq. Düşünürəm ki, oyunun sonlarına hesabı bərabərləşdirə bilərdik. Qol imkanlarımız da oldu. Düzdü, məğlub olmuşuq, amma düzgün yoldayıq. Gələcəkdə səhvlərimizi düzəldəcək, qalib gəlməyə və inkişaf etməyə başlayacağıq. Buna yüz faiz əminəm".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in futbolçusu Yevgeni Koçuk deyib.
Bayıl təmsilçisi Azərbaycan Premyer Liqasının XVI turunda öz meydanında çempionatın lideri "Qarabağ"a məğlub olub.
Oyundan sonra jurnalistlərə açıqlama verən təcrübəli futbolçu fikirlərini bildirib: "Yəqin ki, xarakter və daha çox istək sayəsində "Qarabağ"dan xal ala bilərdik. Əsas planımız layiqli mübarizə aparmaq və qələbə qazanmaq idi. Lakin alınmadı. Düzü, oyundan xalla ayrıla bilərdik. "Qarabağ" məni heç nə ilə təəccübləndirmədi. Prinsipcə, gözlədiyim oyunu sərgiləyən komanda idi".
Koçuk buraxılan qoldan sonra komandanın həvəsdən düşdüyünü bildirib: "İkinci hissədə qol vəziyyətləti yaratdıq. Buraxdığımız qol vəziyyətində konsentrasiyamızı itirdik. Düşünürəm ki, fasilədən sonra ilk yarıdakından pis çıxış etdik".
İcarə əsasında "Səbail"də çıxış edən moldovalı futbolçu klubdakı gələcək taleyindən danışıb: "Bunu mən yox, "Jilina" həll edəcək. Slovakiya klubu ilə müqaviləm var. Necə qərar verəcəklərsə, o cür də olacaq. Mövsümün sonunda bütün suallara aydınlıq gələcək".