Azərbaycan Premyer Liqasının XVI turunun açılış matçı olan "Qəbələ" - "Zirə" qarşılaşması maraqlı mübarizəylə yanaşı, oyundan sonrakı insidentə şahid oldu. Burda isə əsas diqqətiçəkən isim milli komandamızın da üzvü olan Ruslan Qurbanov idi. "Qəbələ"nin hücumçusu görüşdən sonra Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına müsahibəsində məsələyə aydınlıq gətirdi.
- İlin ilk ev oyunu necə keçdi?
- Oyun çətin çətin alındı. Matçı izləyənlər gördü ki, həm "Zirə" layiqli mübarizə apardı, həm də biz. Heç kim uduzmaq istəmirdi. Təəssüf ki, sonda hər şey belə alındı. Final fitindən sonra xoşagəlməz anlar yaşandı. Ancaq bu, futboldu, belə şeylər də olur. Bu qarışıqlığın səbəbi heç bir tərəfin məğlub olmamaq istəyi ilə bağlı ola bilər.
- Oyundan sonra nə baş verdi?
- Gördüm ki, rəqib hücumçu Riçard Qadze bizim futbolçu Ürfan Abbasovla nə barədəsə mübahisə etməyə başladı. O, komanda yoldaşımı ya vurdu, ya da itələdi. Bunu oyunun videotəkrarında dəqiq görmək mümkündü. Passivimdə sarı vərəqə vardı və ora futbolçuları aralamaq üçün getdim. Bu anda qəqibin digər afrikalı legioneri Sadio Tounkara mənə qarşı idmançıya yaraşmayan hərəkət etdi. O, bustlarının "şiplər"iylə ayağıma vurdu. Hətta ora zərbəsinin izi qalıb, qan axıb gedirdi. Buna rəqmən, onunla münaqişəyə girmədim, çünki dediyim kimi, sarı vərəqəm vardı. Sadəcə, onun etdiyi kimi hərəkət olmur. Gizlənərək birdən çıxıb zərbə vurmurlar. Bu, kişi hərəkəti deyil.
- Oyundan sonra mətbuat konfransında rəqib komandanın baş məşqçsi Ayxanm Abbasov bildirdi ki, Ruslan Qurbanov oyun boyu bizim futbolçuları söyürdü...
- Mən söyürdüm? Əlbəttə, söyəcəm. Biizm futbolçulara zərbə vururlarsa, durub baxmalıyam?
- O, səni rəqibin ünvanına təhqiramiz ifadələrdə suçladı...
- Bilmirəm. Yəqin ki, Ayxan müəllim belə eşidib. Heç kimi söyməmişəm. Söymüşəmsə, heç vaxt üzr istəməyəcəm. Çünki uduzmağı sevmirəm. Bugünkü oyunda meydanı qalib tərk etmək istəyirdim. Həm də ona görə ki, "Zirə" həmişə bizə qarşı yaxşı oynayıb. Ayxan müəllim belə heasb edirsə, onun fikirlərinə hörmətlə yanaşacam.
Mərdan Həsənov (Qəbələ)