"Qarabağ"ın təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcəyi haqda xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Türkiyədə yoxlama görüşlərində də qüvvəsini sınayacaq. Qurban Qurbanovun başçılıq etdiyi komanda Hayduk "Split"i, "Sürix" və "Mordoviya" ilə oynayacaq.