Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start veriləcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Turun mərkəzi matçı Qəbələdə olacaq. Burada yerli komanda "Zirə"ni qəbul edəcək.
Günün digər oyununda isə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Bu rəqiblər də turnir cədvəlində yanaşı qərarlaşıb. 4-cü pillədə olan "Sumqayıt"a mövqeyini qorumaq üçün heç-heçə də sərf edir. "Neftçi" isə yalnız qələbə sayəsində 5-ci pillədən yaxa qurtara bilər.
17 fevral (şənbə)
15:00. “Qəbələ” – “Zirə” - 2:1
Qol: Aleksandr Dedov, 39, (0:1), Stiven Monroz, 56 (1:1), Baqali Dabo, 64 (2:1)
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu
18:30. “Sumqayıt” – “Neftçi” - 2 - 0
Qollar: Tural Axundov, 13 (pen.), Amil Yunanov, 17
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov
Sumqayıt. Şəhər stadionu