"Zirə" səfərə ciddi itkilərlə yollanır

"Zirə" Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Qəbələ"nin qonağı olacaq.

 

Newsport.az xəbər verir ki, "qartallar" bu oyuna iki itki ilə çıxacaq. Belə ki, zədə səbəbindən, Qapıçı Anar Nəzirov və müdafiəçi Jozef Bum bu qarşılaşmanı buraxmalı olacaqlar. Hər iki futbolçunun növbəti turda "Neftçi" ilə matça kimi hazır olacağı ehtimal olunur.

 

Qeyd edək ki, "Qəbələ" - "Zirə" görüşü sabah saat 15:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right