“Qarabağ”ın hazırlıq planı bəlli oldu

Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan “Qarabağ”ın hazırlıq planı bəlli olub.

Komanda yanvarın 10-u Türkiyənin Antalya şəhərində hazırlığa start verəcək. “Qarabağ” Bələk bölgəsində yerləşən “İC Santai” otelində məskunlaşacaq. Hazırlıq 21 gün çəkəcək. Komanda fevralın 2-də vətənə dönəcək.  

Ağdam təmsilçisi bu müddət ərzində Antlayada  6 yoxlama oyunu keçirəcək. Artıq bəzi klublarla danışıqlar aparılır. Yoxlama matçları 17 yanvar-1 fevral aralığında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right