"Neftçi"dən ayrılan futbolçu Hindistan klubunda

Qış fasiləsində "Neftçi"dən ayrılan Daniel Lukas Seqoviyanın yeni klubu məlum olub.

 

Newsport.az xəbər verir ki, 32 yaşlı forvard karyerasını Hindistanda davam etdirəcək. İspaniyalı hücumçu  "Benqalur"a transfer olub. Seqoviya Super Liqa təmsilçisiylə mövsümün sonuna kimi müqavilə imzalayıb.

 

Qeyd edək ki, Seqoviya "Neftçi"də 19 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right