"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun daha bir köməkçisinin kimliyi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu, bölgə təmsilçisində elmi-metodiki qrupun rəhbəri vəzifəsinə gətirilən Anatoli Korotyadır.
Qeyd edək ki, digər köməkçiləri kimi, Korotya da Qriqorçukla birgə "Çernomorets"də çalışıb.