“Bu şərtlərlə “Xəzər Lənkəran”da qala bilməzdim” – Rauf Əliyev

“Xəzər Lənkəran” böyük dəyişikliklər etmək qərarına gəldi. Klub gəncləşdirmə siyasəti aparmaq istəyir. Bu mövsüm komandanın iddiası olmayacaq. Buna görə də komandadan ayrılmağı düşündüm”.

Newsport.az-ın məlumatına görə, Qol.Az-a açıqlamasında milli komandamızın üzvü Rauf Əliyev “Xəzər Lənkəran”dan ayrılmasına münasibət bildirərkən deyib.

Təcrübəli hücumçu komandadan ayrılmasını belə izah edib: “Klubdan mənə müəyyən şərtlər irəli sürüldü. Ancaq bu mənə sərf etmədi. Bu şərtlərlə komandada qala bilməzdim”.

“Xəzər Lənkəran”dan transfer vərəqəsini aldığını bildirən R.Əliyev artıq bəzi klublarla danışıq apardığını qeyd edib: “İndi azad agent statusuna malikəm. Müəyyən klublarla danışığımız olub. Bunların arasında “Qarabağ” yoxdur. Sabiq komandam mənə təklif irəli sürsə, onda bu barədə düşünürəm”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right