“Həmrəylik Kuboku” keçirildi

Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə Olimpiya milli komandalarının təlim-məşq bazasında mini futbol turniri keçirildi.

Newsport.az-ın məlumatına görə,Turnirdə 6 komanda iştirak etdi – “Neftçi veteranları”, “Bakı kəndləri”, “Şou biznes”, “Milli məclis”, “Jurnalistlər 1”, “Jurnalistlər 2”. Turnirin açılış mərasimində çıxış edən veteran hakim Rüstəm Rəhimov, Azərbaycan Futbol Veteranları İttifaqının rəhbəri Oqtay Abdullayev, Milli Məclisin deputatı Adil Əliyev, veteran futbolçu, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov iştirakçıları salamlayaraq onlara uğurlar arzuladı. Daha sonra yarışa start verildi.
2 yarımqrup üzrə keçirilən oyunların yekun nəticəsinə uyğun olaraq, “Bakı kəndləri” və “Neftçi veteranları” finalda üz-üzə gəldilər. Heyətində  sabiq ulduzların yer aldığı “Neftçi veteranları” daha güclü oldular və yarışın qalibi adını qazandılar. “Bakı kəndləri”nin 2-ci olduğu yarışda bürünc medallar “
Jurnalistlər 2”-yə “getdi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right