Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edib.(0-0)
Newsport.az xəbər verir ki, “Qəbələ”nin yeni transferi Təmkin Xəlilzadə oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb. Təmkin ilk olaraq oyun haqda fikirlərini bölüşüb:
- Oyuna ehtiyyatdan başlamağı gözləyirdinizmi və komandaya necə, öyrəşməkdə çətinlik çəkmirsiniz?
- Deməzdim, çətinlik çəkmədim. Uşaqlar da çox yaxşıdırlar. Hər şey qaydasındadır.
- Ayxan Abbasovla Roman Qriqorçukun arasında hansı fərqlər var?
- Düzdür, hər bir məşqçinin özünə görə tələbləri var. İstər-istəməz eyni futbolu tələb edə bilməzlər. Keçmiş komandam haqda danışmaq istəməzdim. Qriqorçukun tələblərini isə maksimum dərəcədə yerinə yetirməyə çalışıram.
- Oyuna əvəzetmədən daxil oldun. Bu Antalyadakı penalti epizotundan asılı deyil ?
- Yox, həmin epizodla bağlı deyil. Bu sadəcə, oyun epizodu idi, oldu keçdi. Düşünürəm ki, zamanla əsas heyətdə yerimi tapacam.
- Adətən, yeni transfer qış fasiləsində yoxlanılır. Sən isə çox vaxt ehtiyyatda meydana çıxırsan. Bu sənə qəribə gəlmir?
- Düzdür, “Zirə”də öyrəşmişdim əsas heyətdə oynamağa. Ancaq “Qəbələ” köklü klubdur. Çempionluğa oynayan bir klubdur. Burada gözləmirdim ki, gələn kimi əsas heyətdə oynayacam. Yenə deyirəm, zamanla əsas heyətdə görəcəksiz məni.