Beyin şişi, infarkt və insult diaqnozları ilə xəstəxanaya yerləşdirilən Hacıyev ürəyindən əməliyyat olunub. Hazırda ürəyi 20 faiz işləyən Hacıyev Mərkəzi Klinik Xəstəxanadadır.
Newsport.az saytına verilən son məlumata görə, Hacıyev reanimasiya şöbəsindən çıxarılıb və palataya yerləşdirilib. Hacıyevin səhhətindəki problemin əsas səbəbi beyin şişidir. Amma həkimlər beyin əməliyyatına icazə vermirlər. Çünki indiki vəziyyətdə bu, ölüm riskidir. Hacıyevin durumu hazırda sabit qiymətləndirilir. Lakin bu həyati təhlükənin aradan qalxdığı anlamına gəlmir.