"Zirə" Moldova millisinin üzvünü transfer etdi

“Zirə” daha bir futbolçunu heyətinə qatıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu Moldova milli komandasının üzvü Aleksandr Dedovla anlaşıb. Dedovla 1,5 illik müqavilə imzalanıb.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov 28 yaşlı yarımmüdafiəçini məhz Azərbaycan-Moldova millilərinin yoldaşlıq görüşündə izləyib. Transferin son günə qədər yubanmasına səbəb Dedovun hazırkı klubu ilə danışıqları yekunlaşdıra bilməməsi idi. Nəhayət, bu danışıqlar müsbət yekunlaşıb və keçid baş tutub.

2012-ci ildən əsas milliyə dəvət alan və 43 görüşdə meydana çıxan yarımmüdafiəçinin karyerasının əsası Moldova liqasına bağlıdır. O, “Daçiya”, “Şerif”, “Zimburu”, “Tırqu Mureş” və son olaraq “Milsami”də oynayıb. Futbolçunun 3 mövsümü əhatə edən uğurlu “Ventsplis” karyerası da var.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right