Dünya Kuboku ölkəmizdə Fotolar

FİFA Dünya çempionatının kuboku Azərbaycana gətirilib.

 

Newsport.az xəbər verir ki, dünya çempionatının baş mükafatının Bakıya səfəri "Coca-Cola” şirkətinin uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub.

 

Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton" otelinə aparılıb. Oteldə təşkil olunacaq mətbuat konfransının ardından kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.

 

Image may contain: 7 people, people smiling, sky and outdoor

Image may contain: 4 people, outdoor

Image may contain: 3 people, people smiling

Image may contain: 7 people, people smiling, outdoor





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right