Dünən U-16 Liqasında 19-cu turun oyunları keçirildi.
Xəbər verdiyimiz kimi «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasına görə «Qəbələ» - «Vətən» matçı təxirə salınıb. Turun digər 4 oyununda gözlənilməz nəticələr qeydə alınıb. Sensasiya «Səbail» - «Keşlə» oyununda olub. Əvvəlcədən qonaqların qalib gələcəyi gözlənilsə də, bu, baş verməyib. Eyni sözləri «Sumqayıt» - «Neftçi» İK İB oyunu haqqında da demək olar. «Qarabağ» çətin Tovuz səfərindən qalib ayrılıb. Turun mərkəzi matçında isə «Zirə» «Neftçi»ni məğlub etməyi bacarıb:
«Zirə» - «Neftçi» 3:1
«Səbail» - «Keşlə» 1:1
«Turan» - «Qarabağ» 1:4
«Sumqayıt» - «Neftçi» İK İB 1:1

Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol.
U-16 Liqasında 20-ci turun oyunları fevralın 15-də keçiriləcək: «Neftçi» İK İB- «Səbail», «Keşlə» - «Zirə», «Neftçi» - «Qəbələ», «Vətən» - «Turan», «Qarabağ» - «Kəpəz». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.
«Het-trik news»
"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".
