“Sumqayıt” “Zirə”yə qarşı: kim daha üstündü?

Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, “Sumqayıt”ın rəsmi saytı bu rəqiblə qarşılaşmalardakı statistikanı açıqlayıb:

1. Komandalar Azərbaycan çempionatlarında 10 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” “Zirə” ilə qarşılaşmalardan 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 8-12 “Zirə”nin xeyrinədi.
4. Mirabdulla Abbasov “Sumqayıt”ın heyətində “Zirə”yə ən çox qol vuran futbolçudu (2 qol).
5. “Sumqayıt” son 3 ev oyununda “Zirə”yə məğlub olmayıb (2 qələbə, 1 heç-heçə).

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması 10 fevral, saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right