1-ci Divizion klubu heyətini 3 transferlə gücləndirib Fotolar

1-ci Divizion təmsilçisi “Binə” heyətinə daha üç futbolçu cəlb edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Seymur Abdullayev, Elmir Namazov və Kənan Məmmədovu sıralarına qatıb.

“Binə”nin öz yetirməsi olan Seymur Abdullayev 2014-2017-ci illərdə "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.

Mövsümün ilk yarısını "Xəzər"in heyətində keçirən 21 yaşlı hücumçu Elmir Namazov 2014-2017-ci illərdə isə "Qarabağ"ın əvəzedici heyətində oynayıb.

Kənan Məmmədov isə mövsümün ilk yarısını "Zaqatala"nın heyətində keçirib. 21 yaşlı yarımmüdafiəçi daha öncə "Mil-Muğan", "Rəvan" və "Qəbələ"nin əvəzedici heyətində top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right