“Kəpəz” qış transfer pəncərəsinin bitməsinə az vaxt qalmış heyətini iki futbolçuyla gücləndirib.
Newsport.az xəbər verir ki, "sarı-göylər" Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıblar.
Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək. Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.