I Divizion təmsilçisi "Sabah" daha bir transferlə heyətini gücləndirib.
Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi, Rusiyanın "Alaniya" klubunun oyunçusu Əziz Quliyevlə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Cari mövsümün ilk yarısında "Şüvəlan"da çıxış edən sol cinah müdafiəçisi "Karvan", "Neftçi", "Bakı", "İnter" (hazırkı "Keşlə"), "Tavriya" (Ukrayna) və "Kalev" (Estoniya) klublarında da forma geyinib.