Birinci Divizion təmsilçiləri “Sabah” və “Zaqatala” bu gün yoxlama görüşündə qüvvələrini sınayıblar.
Newsport.az xəbər verir ki, sözügedən klublar Binə qəsəbə stadionunda qarşılaşıblar və “Zaqatala” meydanı 1:0 hesabı ilə qalib tərk edib.
Qeyd edək ki, oyunda yeganə qolu Emin Mehdiyev vurub.