"Xəzər Lənkəran"ın məşqçilər heyəti bəlli oldu

“Xəzər Lənkəran”da Oğuz Çətinin istefasından sonra məşqçilər heyətinə yeni təyinatlar açıqlanıb.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, artıq yeni baş məşqçi Elbrus Məmmədovun köməkçiləri bəllidir.
 
E.Məmmədova əsas komandada qapıçılar üzrə məşqçi Vidadi Hüseynov və fiziki-hazırlıq üzrə məşqçi Covanni Melkiorre kömək edəcəklər. Əvəzedici komanda isə Hafiz Əliyevə tapşırılıb.
 
Qeyd edək ki, Oğuz Çətinlə yanaşı, onun köməkçiləri Mustafa Eskisoy və Murat Göksu da “Xəzər Lənkəran”dan ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right